Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından “Semaşko” xəstəxanasına yerləşdirilib.
Sənətkarın xanımının vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı aktyorun oğlu Rövşən bəylə əlaqə saxlayıb.
O bildirib ki, valideyninin vəziyyəti daha da ağırlaşıb:
“Anam Gülzar xanımın vəziyyəti səhərə yaxın daha da ağırlaşıb. Halı indi daha da pisdir. Komatoz vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər ki, anamı bu vəziyyətdən çıxarsınlar”.
Rəşad Əliyev, Bizim.Media