EN

Şənbə günü üçün hava proqnozu

Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacaq. Güclü şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gündüz 17-22 dərəcə, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

Chosen
166
43
turan.az

10Sources