EN

Son 2 il də dövlət komitəsi tərəfindən 19 təhlil araşdırmalar həyata keçirilib

Son 2 ildə dövlət komitəsi tərəfindən 19 təhlil araşdırmalar həyata keçirilib. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva  deyib. 


"İşin düzgün qurulması üçün, gələcək fəaliyyətin düzgün təşkili üçün təhlil çox vacibdir. Onların arasında 5 təhlil uşaq hüquqlarının qorunmasına həsr olunub. Bizim son illərdə apardığımız təhlillərin nəticələrinin təhlilini də aparmışıq. Nəticələrdə aidiyyatı qurumların keçirilməsi vacib olan tədbirləri öz əksini tapıb. Strategiyanın həyata keçirilməsində mərkəzi qurum bizik. Nəticələr ilə bağlı hər il sonu Nazirlər Kabinetinə hesabat təqdim edirik. 


Hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlə sənədlər hazırlanıb ki, bu komitənin üzərində idi. Artıq 2 sənəd qəbul olunub.  Növbəti 3 sənəd isə son mərhələdədir. Və onlar da uşaq hüquqları istiqamətində öz sözünü deyən sənədlərdir və onlar da il sonuna qədər qəbul olunacaq", - o, mayın 24-ü "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması :imkanlar və perspektivlər" elmi -praktiki konfransında çıxışı zamanı qeyd edib.
 
Aygün Mirakif

www.anews.az
Chosen
67
anews.az

1Sources