Cəlilabadda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Günəşli kəndində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun artıq öldüyü məlum olub.
Məlumata görə, mərhum ailədə 3 bacı və 1 qardaş olublar. Baş verən bədbəxt hadisə ilə bağlı TƏBİB-də açıqlama verib.
“Report”un Muğan bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 18:25 radələrində 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxs elektrik cərəyanı vurması səbəbilə xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Xəsarət alan şəxsin həkiməqədər ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
10Sources
-
dogru.azCəlilabadda tut yeyən azyaşlı həyatından olub ( 6800776)
-
elchi.azTut yemək üçün ağaca çıxan azyaşlını cərəyan vurdu ( 6800656)
-
korrespondent.azCəlilabadda tut yeyən azyaşlı həyatından olub - YENİLƏNİB ( 6800638)
-
korrespondent.azCəlilabadda tut yeyən azyaşlı həyatından olub ( 6800599)
-
demokrat.azCəlilabadda tut yeyən azyaşlı həyatından oldu ( 6800218)
-
buta.tvTut yeməyə çıxan azyaşlını cərəyan vurdu ( 6800128)
-
oxu24.comTut yeyən azyaşlı həyatından oldu - Azərbaycanda FACİƏ ( 6800407)
-
milli.azTut yeyən azyaşlı həyatından oldu - Azərbaycanda FACİƏ ( 6799933)
-
axar.azTut yeməyə çıxan azyaşlını cərəyan vurdu ( 6799858)
-
metbuat.azCəlilabadda tut yeyən azyaşlı faciəvi şəkildə vəfat etdi ( 6799852)