EN

Əhaliyə xəbərdarlıq: mayın 24-dən 26-sı axşamadək...

Bakıda və Abşeron yarımadasında mayın 24-ü axşamdan 26-sı axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Mayın 25-i günün birinci yarısında şimal küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-ü gündüzdən 27-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Chosen
153
50
publika.az

10Sources