EN

“Ukrayna üzrə sülh konfransında Rusiya da iştirak etməlidir”- İsveçrə XİN başçısı

Ukraynada sülh prosesi çoxtərəfli olmalı və iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan konfransda Rusiya da iştirak etməlidir.

Azpost.info xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya sülh prosesində iştirak etməlidir və İsveçrə həmişə bu barədə birmənalı danışıb”, – nazir qeyd edib.

O əlavə edib ki, sülh prosesi birtərəfli ola bilməz, reallıq nəzərə alınmalıdır.

Azpost.info

Chosen
107
20
azpost.info

8Sources