EN

Daxili borcların həcmi niyə artıb? - Samir Şərifovdan CAVAB

"Daxili borcların həcmi artıb. Vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı tərəfindən Beynəlxalq Bankın toksik borcları alınırdı”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

“Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivləri balans qiyməti ilə alırdıq, lakin onun satışı real bazar qiymətindən aşağı idi və nəticədə zərər əldə edilirdi”,- deyə o bildirib.

Chosen
59
5
modern.az

10Sources