EN

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu - "Mənzurə mənim evimə gəlib-gedən adamdır"

"Mənim sevən vaxtım çoxdan keçib. Artıq qatarım gedib. Zarafatla bir söz demişəm, aləm dəyib bir-birinə". Bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Əlikram Bayramov həmkarı Mənzurə Musayevaya ünvanladığı "Səni sevirəm" mesajına aydınlıq gətirərkən deyib.

 

Sənətçi Mənzurə Musayeva ilə ailəli dost olduqlarını bildirib:

 

"Dostuq. Biz onlara, onlar da bizə gəlib-gedirlər. Qardaşı da yaxın dostumdur. Sevən vaxtım keçib. Mənim kiməsə mesaj yazan vaxtlarım deyil, nəvələrim var. Mənzurə mənim evimə gəlib-gedən adamdır".

 

Əlikram Bayramov həyat yoldaşına sadiq olduğunu qeyd edib:

 

"Bir sevgim olub, o da həyat yoldaşım".

 

Qeyd edək ki, müğənni Əlikram Bayramov verilişlərin birindən həmkarı Mənzurə Musayevaya mesaj göndərib. Müğənni həmkarını sevdiyini açıqlayıb:

 

"Mən Mənzurəni sevirəm. Nə var ki, burada? Sevgi azaddır".

Tarix: 23 May 2024, 13:02   
Chosen
24
7
pravda.az

7Sources