ÇL-in 2026-cı ildəki final oyunu bu şəhərdə olacaq
2026-cı ildə UEFA Çempionlar Liqasının final görüşünə ev sahibliyi edəcək stadionun adı açıqlanıb.BUTA.TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək. Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.