EN

Lisenziya turniri üçün boksçularımızın adları açıqlanıb

Bakı. Trend:

Mayın 24-də Tailandın paytaxtı Banqkokda boks üzrə II DünyaOlimpiya Təsnifat Turniri start götürəcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycanmilli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov(57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), AlfonsoDominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) vəAynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çoxboksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançılarınmübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay OlimpiyaOyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3(kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransapaytaxtında iştirak hüququna yiyələnəcək.

Yarışın püşkü mayın 23-də atılacaq.

Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq),Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq)Paris-2024-ə lisenziya qazanıblar.

Chosen
88
4
az.trend.az

7Sources