EN

Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb

Bakı. Trend:

Mədəniyyət Nazirliyi tanınmış türkoloq-alim Ramiz Əskərin vəfatıilə bağlı nekroloq yayıb.

Trend xəbər verir ki,nekroloqda deyilir:

“Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmıştürkoloq-alim, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist,Bakı Dövlət Universitetinin (BDU) professoru Ramiz Əskər 22 may2024-cü il tarixində, 70 yaşında vəfat edib.

Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə QərbiAzərbaycanda, Amasiya rayonunun Qaraçanta kəndində anadan olub.1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət UniversitetininJurnalistika fakültəsini bitirib. Bir sıra qəzet və jurnallardaməsul vəzifələrdə çalışıb.

2003-cü ildən taleyini Bakı Dövlət Universitetinə bağlayanR.Əskər burada türk xalqları ədəbiyyatını tədris edib, Bədiitərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və müdiriolub. 2012-ci ildən BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasınınmüdiri vəzifəsində çalışıb. Bu təhsil ocağının professoru kimifəaliyyət göstərib.

R.Əskərin müəllifi və tərtibçisi olduğu “XX əsr özbək şeiriantologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, SultanHüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” vədigər nəşrlər ona Azərbaycanla yanaşı, bütün Türk dünyasında şöhrətqazandırıb. O, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar,başqırd və qaqauz dillərindən tərcümələr edib.

Ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəlifəaliyyətinə görə dövlət başçısının sərəncamları ilə R.Əskər“Əməkdar jurnalist” (2010) fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli“Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. O, həmçinin türkrespublikalarının yüksək mükafatları ilə təltif olunub.

Mədəniyyət Nazirliyinin kollektivi tanınmış elm və mətbuatxadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə vəyaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.

Chosen
118
7
az.trend.az

8Sources