EN

Boks yığmamızın 9 üzvü üçün Olimpiadaya vəsiqə şansı

Mayın 24-də Tailandın paytaxtı Banqkok şəhərində təşkil olunmuş boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

Arena.az xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində Olimpiya lisenziyası uğrunda bu boksçular mübarizə aparacaqlar:

Kişilər: Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq);

Qadınlar: Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq), Aynur Rzayeva (75 kq).

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək.

Yarışın püşkü mayın 23-də atılacaq.

Qeyd edək ki, boks yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Chosen
59
4
arena.az

7Sources