Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib.
Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı vəfat edib.
Faktla bağlı araşdırma aparılır.