EN

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı veribVİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlətimizin başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

Sonra Prezident İlham Əliyevsəfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
240
1
xezerxeber.az

10Sources