Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov məlumat verib.
O bildirib ki, Xuçiyev başqa vəzifəyə keçib. Konkret hansı vəzifənin olduğu açıqlanmayıb.
Xuçiyevin birinci müavini İsa Tumxaciyev hökumət başçısının səlahiyyətlərini icra edəcək