22 mayda Əfv Komissiyasının növbəti iclası keçiriləcək.Bu sözləri BUTA.TV-a Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib. “Əlavə olaraq, sonrakı günlərdə də iclas keçirilə bilər. Hər iclasda yüzdən artıq müraciətə baxılır. Proses yekunlaşdıqdan sonra sənədlər Cənab Prezidentə təqdim olunacaq”, - R.Məcid bildirib. Qeyd edək ki, komissiyanın bu il indiyədək 5 iclası keçirilib və 500-ə yaxın müraciətə baxılıb.