Braziliyada sel fəlakətinin miqyası böyüyür - 158 ölü
Braziliyada leysan yağışların ardından meydana gələn sel fəlakətində ölənlərin sayı 158-ə çatıb. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, itkin düşən 88 nəfərin axtarışları davam edir. Açıqlamada seldən zərər çəkənlərin sayının 2 milyon 300 mini keçdiyi, 82 min 666 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib. Təxminən 30 min adamla axtarış-xilasetmə işlərinin davam etdiyi paylaşılıb. Verilən son açıqlamaya görə, yağışların həftə sonuna qədər davam edəcəyi gözlənilir. Əfsanə Rəcəb Manşet.az