EN

Faciəli şəkildə ölən şəxs tələbə imiş - Foto

Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub. Nəticədə o, cərəyan vurmasından ölüb. Faciəli şəkildə ölən həmin şəxsin tələbə olduğu bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, İ. İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.

Hazırda faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2280
5
qafqazinfo.az

10Sources