EN

Cəlilabadda mikroavtobus azyaşlı məktəblini vurub

Cəlilabadda mikroavtobus azyaşlını vurub.

APA-nın verdiyi xəbərə görə hadisə rayonunun Uzuntəpə kəndi ərazisində məktəbin qarşısında baş verib.

Marşrut xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobusun sürücüsü kənd məktəbinin qarşısında 2016-cı il təvəllüdlü S.R.-i vurub. Qəza nəticəsində ağır xəsarət alan azyaşlı, rayon xəstəxanasına aparılıb. Baş nahiyəsindən zərbə alan S.R.-in vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər.

Fakt üzrə araşdırma aparılır.


BiG.Az
Chosen
174
26
big.az

10Sources