![Image](https://baki-xeber.com/uploads/posts/2024-05/6a383b59-d282-34da-82ac-6e47837fb014_850.webp)
23 yaşlı Fil Foden İngiltərənin "Mançester Siti" klubunun tarixinə düşüb. Gənc futbolçu cari mövsümdə cərimə meydançası xaricindən 6 qola imza atıb ki, bu, "Mançester Siti"nin Premyer Liqa tarixində ən yaxşı göstəricisidir.
F.Foden bu rekordu Premyer Liqanın 38-ci turu çərçivəsində baş tutan "Vest Hem" klubu ilə matçda müəyyənləşdirib. "Etihad" stadionunda keçirilən matç mançesterlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Foden 18-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq dubl müəllifi olub.
Mətləb