“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı oyunçusu seçilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytında məlumat yer alıb.
Cari ölkə çempionatında 23 yaşlı futbolçu 34 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.
İngilis futbolçunun transfer qiyməti 130 milyon avro qiymətləndirilir, onun “Mançester Siti” ilə əmək müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.