EN

Rus qoşunları Xarkov istiqamətində xeyli piyada və texnika itirib..?

...Rusiya Xarkov vilayətində piyada və texnikasının əhəmiyyətli hissəsini itirir, baxmayaraq ki, 2022-ci ildə olduğu kimi, Kreml torpaqlarımızda sürətlə irəliləməyə ümid edirdi.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam müraciətində bildirib.

...Mən bu həftə Rusiya dövlətinin xalqımıza, cəmiyyətimizə qarşı etdiyi hər şeyin əvəzini ödəyəcəyini sübut edən bütün əsgərlərimizə və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə təşəkkür edirəm.

Kifayət qədər dözümlülük nümayiş etdirən və bu həftə, xüsusən də Xarkov istiqamətinə daha çox inam qazandıra bilən hər bir döyüşçümüzə təşəkkür edirəm.

İşğalçı piyada qoşunlarını və texnikasını itirir, özü də əhəmiyyətli dərəcədə itirir, baxmayaraq ki, 2022-ci ildə olduğu kimi, torpaqlarımızda sürətli irəliləyiş əldə edəcəyinə ümid edirdi...

Qeyd etdiyimiz kimi, Zelenski bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
sia.az

1Sources