EN

"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"

"Neft emalı zavodlarına dron zərbələri martın ortalarından Rusiyada yanacağın daxili qiymətinin 20-30 faiz artmasına gətirib çıxarıb..."
 
Ukrayna dronları Rusiyanın infrastrukturuna effektli zərbələr endirir
 
Ukrayna PUA hücumları ilə Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri Pentaqonun Kəşfiyyat İdarəsinə istinadən yazıb.
 
"Bu ilin əvvəlindən Ukrayna dronlarının Rusiyanın energetika infrastrukturuna zərbələri ölkənin neft emalı gücünün 14 faizini sıradan çıxarıb və yanacağın daxili qiymət artımına gətirib çıxarıb, lakin elektrik enerjisinin istehsalına minimal təsir göstərib", - nəşr yazıb.
 
Nəşrin hesablamalarına görə, gücün bir hissəsinin  itirilməsi artıq martın ortalarında yanacağın daxili qiymətinin 20-30 % artmasına gətirib çıxarıb. Daxili bazarın tələbatını ödəmək üçün Rusiya ixracı dayandırmağa məcbur olub.
 
"Bu zərbələrin təsirini yumşaltmaq üçün Rusiya mart ayından başlayaraq altı ay ərzində benzin ixracına qadağa qoyub, Qazaxıstandan idxal edəcəyi neft məhsullarını Belarusdan idxal etməyə başlayıb və neft məhsullarının yüklənməsində digər nəqliyyat növlərinə qarşı dəmiryollarına üstünlük verib", - ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məruzəsində deyilir.
 
Hücumların davam etməsinə rəğmən, təhlil yalnız iki aylıq, yanvarın 21-də Ust-Luqada  "Novatek" zavoduna ilk zərbədən martın 24-də Novoçerkasskda elektrik stansiyasına hücumadək dövrü əhatə edir.
 
Qeyd edilir ki, Ukraynanın zərbələri "Rusiyanın hərbi və mülki əhalisinin elektrik təchizatında əhəmiyyətsiz fasilələrə gətirib çıxarıb", çünki "Rusiya dünyada üçüncü olan generasiya gücünə və öz şəbəkəsində yüksək ehtiyat dərəcəsinə malikdir".
 
Kəşfiyyat həmçinin Ukraynanın Rusiyanın hərbi-dəniz əməliyyatlarına təsirini qeyd edib. USQ hücumları səbəbindən Rusiyanın Qara dəniz donanması Ukrayna sahillərindən yan keçməyə başlayıb və bəzi gəmilərini özünün ilhaq edilən Sevastopol və Krımdakı əsas bazasından yerini dəyişib.
 
Rusiyanın neft emalı zavodlarına hücumlar
 
Hərbi ekspert Valeri Ryabıx bəyan edib ki, Ukrayna dronlarının Rusiyanın neft emalı zavodlarına mayın 17-ə keçən gecə hücumları səbəbindən rusiyalılar yanacaqsız qalacağından ehtiyat edir.
 
Məlum olduğu kimi, Novorossiyskdə mayın 17-ə keçən gecə dronlar ən azı iki neft bazası və iki terminala zərər vurub.
 
"Foreighn Affairs" hesab edir ki, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etməlidir, çünki bu, təcavüzkara ziyan vurur və dünya neft bazarına neqativ təsir göstərə bilməz.
 
Nəşr qeyd edir ki, Ukrayna öz hücumlarını neft yataqlarına və ya xam neft ixracı infrastrukturuna deyil, məhz neft emalı zavodlarına yönəldib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
moderator.az

1Sources