EN

Sui-qəsdə məruz qala biləcək liderlər: Ölüm siyahısında kimlər var?

Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd ilə bağlı müzakirələr davam edir. Diqqətçəkən versiyalardan biri də sui-qəsdin Robert Fitso ilə yekunlaşmayacağıdır. Belə ki, müəyyən bir siyahının olduğu, sıra ilə liderlərə sui-qəsdlərin olacağı iddia edilir.

Prinsipcə belə bir siyahının olması realdır. Tarixən dünyanın bir çox ölkəsində, xüsusilə Avropada krallara, vəliəhd şahzadələrə, prezident və baş nazirlərə sui-qəsd cəhdinin edilməsi, hətta onların öldürülməsi bilinən bir həqiqətdir. Bu bir qədər köhnəlmiş metod olsa da təsir baxımından effektivdir.

Robert Fitsodan sonra sui-qəsdə kimlər məruz qala bilər? Ehtimal siyahıda elə adlar sıralanıb…

1. Macarıstan Baş naziri Viktor Orban:

From

V.Orban Aİ-də Ukrayna-Rusiya müharibəsindən narahat olan və Kiyevə yardımların ayrılmasını dəstəkləməyən bir şəxsdir.

V.Orban həm də ölkəsinin timsalında Azərbaycan və Türkiyə əleyhinə Fransanın qətnamə sanksiya təşəbbüslərinə də qarşı çıxır. Dəfələrlə bənzər təşəbbüslərə Macarıstan veto qoyub və qarşısını alıb.

V.Orban hazırda Fransa və ABŞ tərəfindən Aİ-də riskli şəxslərdən hesab edilir. Ukrayna müharibəsinə baxış bucağı və Bakı ilə Ankaranı davamlı müdafiə etməsi Viktor Orbana qarşı sui-qəsd cəhdlərini artırır.

2. Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç:

Serbiya Aİ ölkəsi deyil. Bununla belə bu ölkə Aİ-yə üzv olmaq istəyir. Lakin “Kosovo münaqişəsi” də aktual olaraq qalır. Bu, Belqradın Aİ-yə üzvlük yolunda ciddi maneədir.

Serbiya Kosovada əməliyyatlar keçirmək istəsə də buradakı NATO varlığı və Aİ-nin açıq şəkildə Belqradı təhdid etməsi bu addımı mümkünsüz edir. Aleksandr Vuçiç isə münaqişəni bitirmək yolları axtarır. Xüsusilə son zamanlar A.Vuçiçin Azərbaycanın Qarabağ münaqişəsini bitirmək təcrübəsini öyrənməsi, habelə, Serbiya ordusunu gücləndirməsi onu da müəyyən dairələrin hədəfinə gətirir.

A.Vuçiçin Rusiyaya baxış bucağı və Ukrayna müharibəsində Kiyevə lazımi dəstək verməməsi onu da ehtimal sui-qəsdə məruz qala biləcək liderlər siyahısına daxil edir.

3. Ukrayna Prezidenti Volodimir Zelenski:

Opinion:

V.Zelenskiyə bu günə qədər bir neçə dəfə sui-qəsd cəhdi olub. Bu daha çox Rusiya tərəfdən olsa da son zamanlar Qərb dairələrinin onu gözdən çıxartdığı və yerinə yeni şəxsləri gətirmək istədiyi tez-tez gündəmə gələn iddialardandır.

Xüsusilə V.Zelenskinin ərazi itkisi hesabına sülhdə maraqlı olmaması və müharibənin uzanması, habelə, Ukraynanın Rusiya üzərində üstünlük qura bilməməsi ona qarşı ehtimal sui-qəsd cəhdlərini aktual edir.

4. Rusiya Prezidenti Vladimir Putin:

V.Putin Avropa qitəsində bu günə qədər bəlkə də ən çox sui-qəsdə məruz qalan liderdir. Xüsusilə Ukrayna müharibəsi fonunda həm daxili, həm də xarici sifarişlə ona qarşı sui-qəsd cəhdləri olub.

V.Putin məhz buna görə tez-tez ən yaxınındakı adamları, mühafizəçilərini dəyişir, təhlükəsizlik tədbirlərini artırır. Hətta xarici ölkələrə səfər zamanı onu rus qırıcıları müşayiət edir.

Putinin Ukraynada apardığı işğalçı müharibə Qərb dairələrində onun sui-qəsdlə aradan götürülməsi versiyalarını aktual olaraq saxlayır.

Təbii ki, bu siyahını artırmaq olar. Aİ daxilində hazırda Rusiya-Ukrayna müharibəsinə görə ciddi fikir ayrılıqları var. Bundan başqa, Aİ üzvü olmayan Qərbin ümumi maraqlarına risk yaradan liderlər də var.
Adıçəkilən bu şəxslərə hazırda sui-qəsd riski daha çoxdur. Lakin Robert Fitso kimi gözlənilməz şəxslərə də sui-qəsdin edilməsi mümkündür./Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
1
turkustan.az

2Sources