Türkiyədə diri doğulan körpələrin sayı 2023-cü ildə 958 min 408 olaraq qeyd edilib.
Türkiyə Statistika İdarəsi - TÜİK 2023-cü il üçün doğuş statistikasını açıqlayıb.
Buna əsasən, 2023-cü ildə diri doğulan körpələrin sayı 958 min 408 olaraq qeydiyyata düşüb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, doğulan körpələrin 51,3 faizi oğlan, 48,7 faizi qız olub.