EN

"Ukrayna üçün qış çətin keçəcək" - "Vaşinqton Post"

Ukraynada qış havalar isti olsa belə ciddi elektrik çatışmazlığı yaşanacaq. Ölkə elektrik enerjisi istehsalının təxminən yarısını itirib və bir neçə aya onun hamısını bərpa etmək mümkün olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Vaşinqton Post" yazıb.

Nəşrin yazdığına görə, mart ayından bəri Ukrayna Rusiyanın enerji sektoruna beş dəfə kütləvi hücumları ilə üzləşib: "Ötən il Ukraynanın hava hücumundan müdafiəsi Rusiya raket və pilotsuz təyyarələrinin əksəriyyətini ələ keçirə bilmişdisə, bu il Amerikanın yardımının gecikməsi səbəbindən ruslar Ukraynanın enerji sisteminə ciddi ziyan vurmağa müvəffəq olub. Ukrayna yayda xarab elektrik stansiyalarını bərpa edə bilməyəcək, qış çətin keçəcək".


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
1
teleqraf.com

2Sources