EN

Ukrayna azad etdiyi yeganə ərazini də itirdi

Rusiya ordusu Zaporoje vilayətinin Robotin qəsəbəsini yenidən ələ keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin analitiki Yulian Röpke məlumat verib.

“Rus ordusu keçən ilki əks-hücum zamanı Ukraynanın Tokmak istiqamətində azad edə bildiyi yeganə qəsəbə Robotini geri alıb”, - analitik bildirib.

Ukrayna tərəfi Robotinin işğalı ilə bağlı məlumatı təsdiqləməyib. Qeyd edək ki, Ukrayna ordusu sözügedən kəndi 2023-cü il avqustun 28-də azad edib. (teleqraf.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
1
turkustan.az

2Sources