EN

Tennisçi hamilə imiş – FOTO

Ötən il rəsmən təqaüdə çıxan 28 yaşlı estoniyalı tennisçi Anett Kontaveit hamilə olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Anette İnstaqramda sevgilisi Brent Lepistu ilə fotosunu yerləşdirib.

Kontaveit fotoya “Yeni bir ailə üzvü yoldadır” yazıb.

Qeyd edək ki, Anette dünya reytinqinin ikinci pilləsinə yüksəlsə də, bel diskinin degenerasiyası səbəbindən kartyerasını bitirmişdi.

Chosen
148
25
publika.az

10Sources