EN

Rusiyada hərbi akademiyada partlayış olub


Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.


Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərindən birinin təmizlənməsi zamanı baş verib. Məlumata görə, İkinci Dünya müharibəsinə aid sursat partlayıb.


Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.

Chosen
184
10
missiya.az

10Sources