Türkiyə Superliqasında 37-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Antalyaspor"la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib.
"Adana Demirspor" 44 xalla 11-ci, "Antalyaspor" 48 xalla 10-cu pillədə qərarlaşıb. Siyahıya 99 xalla "Qalatasaray" başçılıq edir.
"Antalyaspor - "Adana Demirspor" 2:1
Qol: Mendoze, 30-avtoqol (1:0), Aimbetov, 65 (1:1), Yılmaz, 74 (2:1)