EN

Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.
 
Bu barədə məhkəmənin mətbuat katibinə istinadən məlumat yayılıb.
 
Onun sözlərinə görə, məhkəmə mayın 18-nə təyin edilib.
 
Prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib.
Bildirilir ki, şübhəlinin işinə ən səs-küylü işlərin təhvil verildiyi Pezinok şəhərinin (Qərbi Slovakiya) xüsusi cinayət məhkəməsi baxacaq.
 
Təqsirləndirilən şəxsi ömürlük həbs cəzası gözləyir.
Chosen
188
5
moderator.az

10Sources