EN

Qəssam Briqadaları Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində İsrail əsgərlərini hədəfə alıb

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şərqindəki Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində İsrail əsgərlərini hədəf aldıqlarını, ölən və yaralanan əsgərlərin olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada İsrail əsgərlərinin xətti dəyişməli olduğu, həmçinin İsrail ordusuna aid “Merkava” tipli tankın Cibaliyanın şərqində “Yasin-105” raketi ilə vurulduğu bildirilib. Bölgəyə gələn bir qrup İsrail əsgərinin də hədəf alındığı, əsgərlər arasında ölən və yaralananların olduğu qeyd edilib.

Chosen
93
operativmm.az

1Sources