Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tarixi Ani körpüsünün bərpası məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" “News.am”a istinadən xəbər verir ki, görüş mayın 17-də Aşqabadda keçirilən Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı çərçivəsində baş tutub.
Onlar, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin tam nizamlanması çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın qurulmasını da müzakirə ediblər.