SİAxəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə-Qazaxıstan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı qarşıdakı dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.
Qazaxıstanda baş verən daşqınlara da toxunan Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman yardıma hazır olduğunu vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı həmçinin Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib.