EN

“Bu il qəbul imtahanları çətin olacaq” - TƏHSİL EKSPERTİ AÇIQLADI

“2024-cü il DİM tərəfindən mart ayının 3-də, 10-da və aprel ayının 14-də həm də qəbul imtahanının birinci mərhələsi olan imtahanlar keçirildi. Düzdür, bu imtahanlar həm də orta məktəb məzunlarının buraxılış imtahanı hesab oluna bilirdi. İlk dəfə olaraq bu imtahanda maksimum şagird iştirak etdi və onlar ümumilikdə 53 nəfəri maksimum bal topladı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Bu Azərbaycanın təhsil tarixində ilk belə yüksək nəticə idi. Bu onu göstərir ki, orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülüb və bunun bariz nəticəsini görə bilirik. Yüksək bal toplayan abituriyentlərin sayındakı çoxluq əlbəttə, qəbul imtahanlarına bilavasitə öz təsirini göstərəcək.

Bilirsiniz ki, ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi sosial-iqtisadi inkişaf proqramına əsasən bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yerinin 60 mindən çox olması proqnozlaşdırılır. Amma sənəd verənlərin sayında da ciddi şəkildə artım müşahidə edirik. Belə ki bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 85 min nəfərdən çox şəxs elektron ərizəsini təsdiq edib. Bu onu deyir ki, bu il ən azı hətta bütün plan yerləri dolsa belə ən azı 25 minə yaxın şəxs ali təhsil müəssisələrinə qəbul ola bilməyəcək. Bu rəqabətin artmasını göstərən bir amil hesab oluna bilər.

Həmçinin, buraxılış imtahanında, yəni, imtahanın birinci mərhələsində yüksək bal toplayanların sayındakı çoxluq blok imtahanlarında, yəni ixtisas qrupları üzrə müvafiq imtahanlarda ciddi bir rəqabətin olacağını qaçılmaz edir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, bəli, DİM-in may ayının 26-sı, 27-si və iyulun əvvəlində keçirəcəyi 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə imtahanlarda müəyyən qədər biz çətin test tapşırıqlarını müşahidə edə biləcəyik. Çünki birdən-birə o qədər balların qalxması müsabiqə vəziyyətinə öz təsirini göstərəcək və bu amil də DİM-i müəyyən qədər çətin test tapşırığı modellərindən istifadə etməyə məcbur edir. Bu qaçılmazdır.

Hesab edirəm ki, bu amili nəzərə alan abituriyentlər mütləq şəkildə imtahanlara daha ciddi hazırlaşmalıdırlar ki, onların qəbul imtahanında nəticələri yaxşı olsun. Yəni bizim ilkin proqnozumuza əsasən bu il imtahanın birinci şansında birinci dəfə keçiriləcək imtahanda xüsusilə 1-ci və 4-cü ixtisas qrupları üzrə abituriyentlərin sayındakı artımı, plan yerlərinin ümumi sayı test tapşırıqlarının çətin olacağını və imtahanın əvvəlki illərlə müqayisədə çətin olacağını qaçılmaz edir. Çünki bu qədər birinci mərhələdə çox abituriyentlərin yüksək bal toplaması müsabiqə vəziyyətini gərginləşdirə bilər. Məhz bu amili nəzərə alaraq hesab edirik ki, proqnozlaşdırdıq qəbul imtahanları çətin olacaqdır”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
sia.az

1Sources