Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.BUTA.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib. Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir: "Azərbaycanda 1999- 2000- ci ildə 4 sel, daşqın olubsa, 2020-2021-ci ildə 50 belə hadisə oldu. 2023-cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.