EN

Yanvar-aprel aylarında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Yanvar-aprel

Bakı, 17 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin dörd ayında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 15,9 mini ambulator, 9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.

Xatırladaq ki, həmin dövrdə əlilliyi olan 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib.

Chosen
261
37
azertag.az

10Sources