Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin qapalı görüşdə beynəlxalq problemləri və Ukrayna böhranını müzakirə ediblər.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
“Axşam danışıqları təxminən dörd saat çəkib. Beynəlxalq məsələlər və Ukrayna böhranı müzakirə edilib”, - Peskov vurğulayıb.