EN

Qambiyanın ümumi və orta təhsil naziri Dövlət İmtahan Mərkəzində - FOTO

Mayın 16-da Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qambiya Respublikasının ümumi və orta təhsil naziri Haddy Jatou Sey ilə görüşüb.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, qonaqlar əvvəlcə DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və imtahan materiallarının avtomatlaşdırılmış çapı prosesi ilə tanış olublar.

Görüş zamanı Azərbaycanda milli qiymətləndirmə sisteminin inkişaf yolu, imtahanlarda etibarlılığın və şəffaflığın təmin edilməsi, məlumat bazalarının idarə olunması, bilik, bacarıq və səriştələrin ölçülməsində elmi yanaşmanın tətbiqinin əhəmiyyəti, Azərbaycan dili üzrə qiymətləndirmənin dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinə (CEFR – The Common European Framework of Reference for Languages) uyğunlaşdırılması üzrə müzakirələr aparılıb.

Həmçinin ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərin elmi-metodiki monitorinqi və DİM-in qiymətləndirmə tapşırıqları vəsaitlərinin Elm və Təhsil Nazirliyi tərəfindən istifadə üçün təsdiq edilmiş mövcud dərsliklərə uyğunluğu haqqında danışılıb.

Qonaqlar daha sonra DİM-in yeni istifadəyə verilmiş elektron imtahanlar korpusu ilə tanış olublar. Burada DİM-in şöbə müdiri Elmir Şirinov imtahan nəticələri və test tapşırıqları üzrə aparılan elmi-statistik təhlillər və yazı işlərinin elektron qiymətləndirilməsi prosesini əks etdirən təqdimatla çıxış edib və www.mekteb.edu.az  saytı haqqında məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
133
3
tehsil.biz

4Sources