EN

"Yuventus"un baş məşqçisi qəzet direktoruna hücum etdi

Ötən gecə İtaliya kubokunun finalında "Atalanta" - "Yuventus" oyunundan (0:1) sonra qalmaqal yaşanıb. Belə ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliyanın “Tuttosport” nəşrinin direktoru Qvido Vaçaqonun üstünə hücum çəkib. M. Alleqri nəşrin direktoruna xitabən “Bəli, direktor! Bəli, siz pis rejissorsunuz. Öz qəzetinizdə cəmiyyətin sizə diktə etdiyini yox, həqiqəti yazın! Oxucuları aldatmağı dayandırın”- deyib.

Cavabında Vaçaqo bildirib ki, onun qəzetində həmişə yalnız doğru xəbərlər yayımlanır: "Tuttosport"da biz həmişə həqiqəti yazmışıq. Bəyənsəniz də, bəyənməsəniz də".

Chosen
113
1
sesqazeti.az

2Sources