EN

“Yeni enerji dəhlizi” layihəsi Tbilisidə müzakirə edildi (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Tbilisidə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin yeddinci görüşü keçirilib.

Hafta.az-ın yazdığına görə, Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin sədrliyi keçən tədbirdə “Yaşıl enerji dəhlizi” layihəsinin gedişatı ilə bağlı müzakirələr aparılıb.

Nazirlikdən bildirilib ki, iştirakçılar təşəbbüsün texniki-iqtisadi əsaslandırması və onun infrastrukturunun fiber-optik kabel komponenti ilə tanış olublar. Tədbir həmçinin regionun şəbəkəsini Aİ ölkələrinin şəbəkələrinə birləşdirməyi nəzərdə tutan, daha geniş regionda və Avropa İttifaqı üçün enerji təhlükəsizliyi üçün vacib sayılan Qara dəniz sualtı elektrik kabeli layihəsinin inkişafı ilə bağlı müzakirələri əhatə edib.

“Bu mühüm layihə ilə Gürcüstan Aİ ilə səmərəli ünsiyyət qurmaq və mühüm enerji bazarına çıxış imkanı əldə edir. Həmçinin, ölkəmizin mühüm tranzit rolunu oynamaq və Xəzər dənizinin bərpa olunan enerjilərinin təchizatı vasitəsilə təhlükəsizlik məsələlərində Avropaya yeni, bərpa olunan enerji ilə kömək etmək imkanı var”, - Davitaşvili bildirib.

Layihə ilə bağlı müzakirələr Davitaşvili ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında təkbətək görüş zamanı davam etdirilib və layihənin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb.

Nazirlikdən bildirilib ki, iki nazir görüşdə, həmçinin, Buxarestdə yerləşməklə, dörd ölkənin iştirakı ilə birgə müəssisənin yaradılması məsələsini müzakirə ediblər.

Nazirlər Davitaşvilinin növbəti görüşün Buxarestdə keçiriləcəyini elan etməsi ilə layihənin gələcək inkişaf mərhələlərinə dair “xüsusi protokol”un imzalanması ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
157
hafta.az

1Sources