EN

Aynur Sabitova fəaliyyətini burada davam etdirəcək

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir.

Kafedrada 41 əməkdaş olmaqla 3 professor, 12 dosent, 4 f.e.d., 17 f.f.d., 3 baş müəllim, 16 müəllim və 2 laborant fəaliyyət göstərir.

Qeyd: A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.Pravda.az

Chosen
241
2
bakivaxti.az

10Sources