EN

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Bu barədə "Ölkə.az"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 

Chosen
86
30
olke.az

10Sources