EN

PSJ səfərdən üç xalla qayıdır - VİDEO

PSJ Fransa Liqa 1-in 33-cü turunu müsbət nəticə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, komanda səfərdə “Nitsa”nın öhdəsindən gəlməyi bacarıb.

Ev sahibləri qonaqların iki qolundan yalnız birinin əvəzini çıxa biliblər - 1:2.

Hazırda paytaxt klubu 73 xalla turnir cədvəlinin vahid lideridir. Onu ən yaxın izləyicisi “Monako”dan doqquz xal ayırır. “Nitsa” isə 54 xalla beşinci sırada qərarlaşıb.

 

Chosen
226
19
oxu.az

10Sources