İstanbul, 15 may, Günel Karatepe, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədri Ruslan Stefançuku qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Məlumata görə, media üçün qapalı şəraitdə keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da iştirak edib.