EN

Keşiş Baqrat taktikanı dəyişir

İrəvanda iki gün davam edən vətəndaş itaətsiliyi aksiyası bu gün keçirilməyib. Keşiş Baqrat vətəndaşları bu gün saat 16:00-da Opera Teatrının qarşısında olmağa çağırıb.

Herbiand.az xəbər verir ki, bu gün 17:00-da Opera Teatrında beynəlxalq konfrans keçiriləcək.

Keşiş Baqrat bundan bir saat əvvəl Opera Teatrının qarşısına gəlməyi və demarkasiya və delimitasiya prosesinə qarşı olduqlarını göstərməyə çağırıb:

“Hər bir vətəndaşın orada olmaq və öz narazılığını bildirmək, etirazını bildirmək, açıq şəkildə bildirmək imkanı var ki, siz bunu ölkəmizin bu qeyri-qanuni demarkasiya və delimitasiyası prosesi ilə bağlı strategiya və ya siyasət adlandırırsınız, biz bununla razı deyilik və biz fikir ayrılığımızı bildirməliyik”.

Herbiand.az
 

Chosen
221
20
herbiand.az

10Sources