İngiltərə Premyer Liqasının (APL) 37-ci turunda “Mançester Siti” London “Tottenhem”indən güclü olub.
APA xəbər verir ki, 61 tamaşaçının izlədiyi görüş Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 51-ci dəqiqədə norveçli hücumçu Erlinq Haaland açıb. Oyunun 91-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Haaland dubl edib.