ABŞ dövlət katibi Antoni Blinken yaxın vaxtlarda Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” jurnalı mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, səfər bu həftə baş tutacaq, lakin tarix dəqiqləşdirilməyib.