EN

Mbappe PSJ prezidenti ilə dava edib

PSJ-nin hücumçusu Kilian Mbappe klub prezidenti Nasser Əl-Xələfi ilə mübahisə edib.

BAKU.WS-in xəbərinə görə,bu barədə "Le Parisien" nəşri yazır.

Mənbənin məlumatına görə, insident Fransa Liqa 1-in 33-cü turu çərçivəsində keçirilən PSJ - "Tuluza" matçından (1:3) əvvəl baş verib.

Oyundan əvvəl Nasser Əl-Xələfi Mbappe ilə görüşüb və ondan niyə vida videosunda onu xüsusi qeyd etmədiyini soruşub. Bundan sonra dava düşüb və qışqırıq səsləri eşidilib.

Daha əvvəl mətbuatda Mbappe ilə Əl-Xələfi  arasında fikir ayrılığı olduğu bildirilirdi. Bu kontekstdə Kilian vida videosunda onun adını çəkməyib.

Xatırladaq ki, Mbappe 2017-ci ildən Paris klubunda çıxış edir. Hücumçu gələn yay azad agent kimi komandadan ayrılacaq.

Onu İspaniya nəhəngi "Real Madrid"ə keçəcəyi istisna olunmur.

Chosen
247
50
baku.ws

10Sources