EN

Zaqatalada dəhşətli qəza: Ölən və xəsarət alan şəxslərin adları bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan "Chevrolet" markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


18:48

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, xəsarət alanların olduğu bildirilir.
Zaqatalada


BiG.Az
Chosen
267
5
big.az

5Sources